Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir?- Açıqlama

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 11:51    |    Xəbər oxunub: 387 dəfə
Vaqif Əsədov jurnalistlərin binasından ev almaq istəyir?-



Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlər üçün tikilən binadan ev almaq üçün müraciət etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.



DYP rəsmisi AzVision.az-a açıqlamasında jurnalistlərin binasından ev almaq niyyətində olmadığını deyib.

"Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm"-V.Əsədov deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur