Qənirə Paşayevadan "Aeroflot"a etiraz- Müvafiq qurumlar tədbir görməlidirlər




Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərə erməni yeməyi təklif olunub.

Təklif edilən “ermənisayağı hinduşka düyü ilə” bəzi sərnişinlərin narazılığına səbəb olub.

Sərnişinlərdən biri stüardessalarla dialoqunu çəkərək videonu sosial şəbəkələrdə yayıb. (qafqazinfo)

AFN xəbər verir ki, millət vəkili Qənirə Paşayeva məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, müvafiq qurumlar bu məsələ ilə bağlı təcili tədirlər görməli və insanlarımıza məlumat verməlidirlər: "Bu, “Aeroflot” şirkəti tərəfindən edilmiş böyük sayğısızlıqdır və buna görə cavab verməlidirlər. Heç bir şirkətə Azərbaycana qarşı sayğısızlıq etməyə imkan verilməməlidir. Hansı ölkənin şirkəti olursa-olsun, fərqi yoxdur bu cür addımlar atanlara qarşı ciddi tədbirlər görülməldir. O ki qaldı bu videonu çəkən və vətəndaş mövqeyini bildirərək etiraz edən insana, ona təşəkkürümü bildirmək istəyirəm. Oradakı insanlarımız ona daha çox dəstək olmalıydılar. Çünki sayğısızlıq yavaş-yavaş başlayır. Bu gün sərt cavab almasalar, sabah daha böyük sayğısızlıq edərlər. Görəsən, “Aeroflot” İrəvana uçan təyyarələrində Azərbaycan adı ilə yeməklər təklif edərmi? Xeyr! Heç bir zaman. Onda nəyə görə Azərbaycana uçan təyyarədə belə xoşagəlməz addımlar atır? Bu suallara cavab verməlidirlər və üzr istəməlidirlər. Səhvlərini etiraf edib, bir daha bu cür addımların atılmayacağını açıqlamalıdırlar. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülsün deyənləri dəstəkləyirəm. AZAL bu sayğısızlıqla bağlı ciddi tədbirlər görməldir".

[media=https://www.youtube.com/watch?v=wkUASZD1I9s]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu