Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Xəbərin çap versiyası
Tarix: 14-12-2017, 20:39    |    Xəbər oxunub: 573 dəfə
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib. Konfransda ölkəmizin, eləcə də Fransa, Rusiya, Moldova və Gürcüstanın nüfuzlu tarixçi alimləri iştirak ediblər.



Tədbirin moderatoru, "İctimaiyyətlə əlaqələrin inkişafına yardım” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova Türkmənçay müqaviləsinin Azərbaycan xalqının həyatına təsiri haqqında danışaraq belə mühüm mövzuda konfransın keçirilməsinə dəstək verdiyinə görə Şuraya təşəkkürünü bildirib. Şəlalə Həsənova konfransda Türkmənçay müqaviləsi üzrə dəyərli tədqiqat əsərləri olan alimlərin mərzulərinin dinləniləcəyini bildirib: “Bu müqavilədən zərər görən, ən çox mənfi təsirə məruz qalan Azərbaycan xalqıdır. Bu sənədin imzalanmasıyla biz böyük ölçüdə torpaq itirsək də, bu gün haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yetərli qədər dəlil və sübutumuz, tarixi faktımız var”. Ş. Həsənova Türkmənçay müqaviləsinin müxtəlif mənbələr əsasında öyrənilməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin müxtəlif sahələr, o cümlədən tariximizlə bağlı davamlı olaraq vacib təşəbbüslərlə çıxış etdiyini və Şuranın belə layihələri hər zaman dəstəklədiyini deyib. Fərasət Qurbanov nüfuzlu tarixçi alimlərin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi bugünkü konfransın tarixi həqiqətlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasına kömək edəcəyini bildirib.

Konfrans çərçivəsində “Türkmənçay Sülh Müqaviləsi Qafqazda erməni etnosu tarixinin başlanğıc nöqtəsi kimi”, “Türkmənçay-190: böyük qüvvələrin siyasi və iqtisadi strategiyası” və “Türkmənçay Sülh Müqaviləsi – Qafqazda albanların deetnikləşməsini şərtləndirən amil” adlı üç panel keçirilib.

Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev “Türkmənçay sülh müqaviləsinin siyasi və hüquqi mahiyyəti və nəticələri”, tarix üzrə fəlsəfə doktoru, Sosial və İdarəetmə Konsaltinqi üzrə Ali Məktəbin elmi işlər üzrə prorektoru, Rusiyalı alim Oleq Kuznetsov “1828-ci ildə Türkmənçay müqaviləsinin müddəalarına uyğun olaraq, Rusiya İmperatorluğu Administrasiyasının Qafqazda immiqrasiya siyasətinin əsas prinsipləri”, Gürcüstanın Terrorizm və Siyasi Şiddətlə Mübarizə Mərkəzinin direktoru, əməkdar jurnalist Badri Naçkebiya “Türkmənçay sülh müqaviləsi ərəfəsində erməni-gürcü münasibətlərinin problemləri”, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev "Erməni oblastı" (1828-1840): uğursuz layihənin tarixi”, tarix elmləri doktoru, Moldovanın Effektiv Siyasət İnstitutunun direktor müavini Ruslan Şevçenko “Ermənilərin Cənubi Qafqaza köçürülməsi bölgənin sonrakı qeyri-sabitləşməsinin səbəbi kimi”, Fransanın Sorbonna Universitetinin professoru Ziya Sədr Əl Əşrəfi “Beynəlxalq qüvvələrin mövqeyi və Türkmənçay sülh müqaviləsinin təsiri”, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Nigar Gözəlova “Türkmənçay müqaviləsinin bağlanmasına İngilis-İran münasibətlərinin təsiri”, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev “1826-1828-ci illərin Rus-İran müharibəsi. və böyük dövlətlərin diplomatiyası”, tarixçi, erevangala500.com tarixi-analitik portalının əməkdaşı Zaur Mehdiyev “Türkmənçay müqaviləsinin bağlanması prosesində erməni-rus ziddiyyətləri”, Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili “Türkmənçay sülh müqaviləsindən əvvəl və sonra bəzi alban abidələrinin tikinti və bağlama materiallarının mineraloji və geokimyəvi tərkibi haqqında”, dosent, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova “Ermənilərin özünküləşdirdiyi Alban kilsələri Qafqaz Arxeoqrafik Komissiyasının aktlarında” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans tarixçi alimlərin və QHT nümayəndələrinin mövzu ilə bağlı çıxışları ilə davam etdirilib.

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib
Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur