Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalı başlayıb


Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalın möhtəşəm açılışında Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov və "Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev çıxış edib.

Elxan Usubov Azərbaycanın qədim şəhəri hesab edilən Şəkidə belə mötəbər festivalın keçirilməsinə görə sevincli olduğunu bildirib və festival iştirakçılarına xoş əyləncələr arzu edib.

"Baku HOG Azerbaijan"-ın direktoru Vahid Mustafayev isə bildirdi ki, Qafqaz Moto Festivalının Azərbaycanda keçirilməsi Azərbaycanın çiçəklənməsindən xəbər verir: "Prezidentin ölkədə turizmin inkişaf etdirilməsilə bağlı tapşırığına əsasən təşkil edilən bu dəfəki festival da möhtəşəmliyi ilə yanaşı, həm də qədim Şəkiyə daha çox turistin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

V.Mustafayev Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubova əlverişli şərait yaratdıqlarına görə böyük təşəkkür edib.

Daha sonra Mustafayev Elxan Usubova motosikletçi şlemi və saat hədiyyə edib.

Möhtəşəm festival dünya şöhrətli "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"larıının və xarici DJ-lərin çoşduran musiqiləri ilə davam edir.

28-30 avqust tarixlərində davam edəcək möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub.

Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Layihə rəhbərinin məlumatına görə, bu ilki motofestival digərlərindən tamaşaçıların zövqünü oxşayacaq bədii hissə ilə fərqlənəcək.

“Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürür.

Festival ilə əlaqədar Olimpiya Kompleksinin həyətində xüsusi düşərgə də salınıb. Çadırlar bir-birin yaxın qurlaşdırılıb. Hər çadırın 2 tərəfindən pəncərəsi də var. Düşərgə yaxınlığında isə yarmarka salınıb. Yarmarkaya artıq Harley Davidson-dan və müxtəlif modellərdən motoskiletlər də gətirilib.

Motofestivala dünyanın bir çox ölkələrindən - ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, Xorvatiya, İran, Böyük Britaniyada və s. ölkələrdən baykerlər iştirak edir.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu