Təfəkkür Universitetinin rəhbərliyi ilə bağlı yeni VİDEO yayıldı


Təfəkkür Universitetinin iki gün əvvəl Almaniyada İnterpol tərəfindən saxlanılan keçmiş müəllimi Riyad Əliyev bu gün əvvəllər işlədiyi təhsil ocağının rektoru ilə bağlı video yayıb.

AFN.az xəbər verir ki, sriminal.az vasitəsilə yayılan videoda Təfəkkür Universitetinin prorektoru Rahim Hüseynovun köməkçisi Ceyhun Atakişiyevlə söhbət gizli kameraya çəkilib.

R.Əliyev video haqda qeyd edib ki, Rahim Hüseynovun köməkçisi Ceyhun Müşfiq Atakişiyevin cinayətlərini təsdiqlədi. Videoda universitetdə aparılan tələbə köçürmələrində alınan pullar, onların kimlərə çatması, yüksək vəzifəli məmurların adları çəkilir. Bundan başqa, universitetdə gedən həbslərdən söhbət açılır.

Xatırladaq ki, R.Əliyev iki gün əvvəl İnterpol tərəfindən saxlanılıb bir neçə saatdan sonra sərbəst buraxılmışdı. R.Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il mayın 5-dən İnterpolda axtarışda idi. O, universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atmaq ittihamı ilə üniversitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. R.Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

[media=https://www.youtube.com/watch?v=rLOq_StitHo]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu