Türkiyə malları Rusiyaya buraxılmır


Rusiyaya məxsus “Su 24” qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasındakı iqtisadi münasibətlər kəskin gərginləşib.

AzVision.az-ın məlumatına görə, İstanbul Sənaye Birliyinin sədrinin köməkçisi Adnan Dalğakıran deyib ki, Rusiya gömrüyü Türk mallarının bu ölkəyə daxil olmasını qadağan edib. O, qeyd edib ki, qış mövsümündə Rusiyaya göndərilən tər güllərin ilk hissəsinin Antalya aeroportundan Rusiyaya göndərilməsi baş tutmayıb.

Bundan başqa “Tempo Tarım” şirkətinin sahibi İbrahim Yılmaz isə bildirib ki, bu gün səhər saatlarında malı aeroportdan geri qaytarmalı olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu