Bakı-Hacıqabul yolunda sərnişin mikroavtobusu qəzaya düşdü


Bakı-Hacıqabul yolunda qəza baş verib. Hadisə yolun 17-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb.

Sürücüsü hələlik istintaqla müəyyən edilməyən 10-VN-463 dövlət nömrə nişanlı "Hundai" markalı sərnişin mikroavtobusu paytaxt istiqamətində hərəkətdə olarkən, 90-GT-926 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı sərnişin mikravtobusu onu arxadan vurub.

Qəza zamanı "Hyundai" markalı sərnişin mikroavtobusu yoldan çıxaraq iki dəfə fırlanıb və yolun kənarına aşıb. Hadisə nəticəsində Bakı şəhəri, Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Natiq Məmməd oğlu Əzizov ağır bədən xəsarətləri ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxandan yaralının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, "Hyundai" markalı sərnişin mikroavtobusu yerli şirkətlərdən birinə məxsus olub və fəhlələri işə aparırmış.

Qəza zamanı yolda bir müddət tıxac yaranıb. (anspress)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu