Xızıda və Bakıda meyit tapılıb


Xızıda kişi meyiti tapılıb.


TİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 11-də Xızı rayonunun Altıağac kəndində qeydə alınıb. Kənd sakini Rövşən Sadıqovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Daha bir kişi meyiti Bakıda tapılıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

TİA.AZ- ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb.

FHN-in əməkdaşları mənzildə 1950-ci il təvəllüdlü Jiqalkin Valeri Valentinoviçin cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu