Bakıdakı sürüşmə sahələri aktivləşib


“Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur”.


Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib.

Dəstə rəisi qeyd edib ki, Badamdar – 20-ci sahə yolunun sağ tərəfindəki yamacın bir neçə yerində kiçik ərazini əhatə edən çökmə prosesləri müşahidə olunub: “Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu