Sabah külək olacaq, yağış yağacaq


Mayın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. .

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19 dərəcə isti, gündüz 23-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Mayın 30-da Azərbaycanın rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu