Zakir Həsənov İspaniya kralı ilə görüşdü


Xəbər verdiyimiz kimi, mayın 28-i İspaniyada Silahlı Qüvvələr Günü münasibətlə təşkil olunmuş təntənəli paradı İspaniya Kralı VI Felipe, Müdafiə naziri Pedro Morenes, daxili işlər naziri Xorxe Fernandes Dias və digər rəsmi şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyib.

AFN.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, İspaniya ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən mərasimdən sonra kral VI Felipe müdafiə naziri Pedro Morenezin dəvəti ilə parada qatılan Z. Həsənovla görüşüb.

Görüş zamanı nazir Z. Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu