Arzu Rəhimov özünə iş axtarır?


Bir neçə gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun görəvindən alınacağı haqda informasiya yayılmışdı. Xəbərlərdə qeyd olunurdu ki, yarıtmaz fəaliyyəti səbəbindən hətta SHXÇDX-nin ıəğv edilərək yenidən Müdafiə Nazirliyinə birləşdirilməsi belə gündəmdədir.

Bununla bağlı redaksiyamıza daxil olan son xəbərdə qeyd olunur ki, artıq Arzu Rəhimov da özünə yeni iş axtarmaqdadır. Mənbə bildirir ki, xidmət rəisi son olaraq üzərinə yönələn ittihamlardan yayına bilsə də, hazırki postunda qərarlılığını qorumaq gücündə deyil.

Mənbənin söylədikləri: "Hətta himayədarları belə Arzu Rəhimovu postunda saxlaya bilmirlər. Yalnız ittihamların hədəfi olmaqdan sığortalanıb. Yəni barəsində hüquqi addım atılmayacaq. Amma vəzifəsində də saxlanmayacaq. Ona görə də Rəhimovun özünə yeni iş yeri axtarması anlaşılandır".

Qarşı tərəfi dinləməyə hazırıq. (anaxeber.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu