Bakıda faciə: 2 yaşlı uşaq pəncərədən düşüb öldü


Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb.

AFN.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 28-də paytaxtın Nizami rayonu ərazisində yaşayan 2 yaşlı Jalə İbrahimova evlərinin pəncərəsindən yıxılaraq ölüb.
Körpənin ailəsi beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu