Sabiq deputatın oğlunun başı növbəti dərddə...


Sabiq YAP-çı deputat Eldar Sabiroğlunun oğlu, prokurorluq orqanlarından qalmaqallı şəkildə istefa verərək müxalifət düşərgəsinə keçdiyini bəyan edən Rüfət Səfərovun başı yenə də qalmaqaldadır.

Belə ki, bu dəfə Rüfət Səfərovun feysbuk profili dünəndən naməlum şəxslər tərfindən ələ keçirilib. R.Səfərovun profilini ələ keçirən şəxslər onun dostluğunda olanlara nalayiq sözlər, əxlaqsız ifadələr göndərib. Bu barədə Səfərovu feysbuk dostları xəbərdar ediblər.

Moderator.az-a açıqlama verən R.Səfərov bildirib ki, artıq bu gün günortadan sonra isə feysbuk səhifəsi tamamilə bağlanıb, istifadə etməsi mümkün olmayıb:

“Məsələ bundan ibarətdir ki, dünən profilim sındırılaraq dostlara qeyri-etik, əxlaqsız məktublar göndərilib. Bu barədə bildikdən sonra status paylaşıb, aydınlıq gətirdim. Təxminən 2 saat əvvəl isə səhifəmi tamamilə ləğv etdilər. Mənə elə gəlirdi ki, profilin təhlükəsizliyini təmin etməkdən ötrü zəruri tədbirlər görmüşəm, lakin hazırkı vəziyyət bunun tam əksini ortaya qoydu. Mütəxəssisin müşayiəti ilə tam təhlükəsiz zəmində yeni səhifə yaradaraq yazı, mövqe və fikirlərimizi davam etdirməkdə qərarlıyıq. Məlum təxribatçılar isə əmin ola bilərlərki, əməkləri “sizif” xarakterlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu