Sabirabadda başçının barama pripiskası


Sabirabadda məmur özbaşınalığı artan xətt üzrə davam edir. Bu dəfə məsələ dövlətin qarşıya qoyduğu əsas məsələlərdən olan ipəkqurdu prosesini əhatə edib. Belə ki, kənd icra nümayəndələrinin və bələdiyyələrin əli ilə camaata barama qurdu paylanmışdı.

İndi payladıqları qurdun müqabilində onlardan barama tələb edirlər. Lakin məhsul olmadığından onları məcbur edirlər ki, Şəki İpək Kombinatından saxta sənəd alsınlar. Onlar da bu sənəd üçün öz ciblərindən pul ödəməlidirlər. Necə deyərlər, SSRİ-nin "pripiska" metodu işə düşüb. Buna görə də kənd icra nümayəndələri və bələdiyyələr narazılıq edirlər. Rayon rəhbərliyi isə məmur özbaşınalığına əlverişli hər cür şərait yaradıb. İcra başçısı Nazim İsmayılov Göyçay şefinin taleyindən ibrət dərsi çıxarmayıb. Mübariz Ağayevin istefasının ardınca Sabirabad rəhbərini də eyni tale gözləyəcəyi istisna deyil.

Yada salaq ki, Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçay şəhərində oğlu Anar İsmayılov üçün tikdiryi imarətin torpaq sənədlərini başqasının adına keçirib.

İcra başçısının oğlu üçün tikdirdiyi imarətin torpağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsini 70 min manata aldığı iddia olunur.

Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Mənbəmiz iddia edir ki, Nazim İsmayılov və oğlu bu obyektlərin bu obyektlərin onlara məxsus olmadığını iddia edirlərsə, bu “başını kola soxan” dəvə məsələsinə oxşayar. (tia.az)

Qarşı tərəfin də mövqeyini verəyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu