SOCAR vitse-prezidentinin daha bir milyonluq obyekti-FOTOFAKT


Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun daha bir obyekti üzə çıxıb.

AFN.az-ın redaksiyasına 8-ci kilometr qəsəbəsi, Babək prospektində fəaliyyət göstərən və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun olduğu bildirilən "Modern Hospital"ın sənədləri təqdim olunub. AFN.az-ı məlumatlandıran mənbə bildirir ki, hospitalın binasına 25 milyon manat xərc çəkilib və bina 3 milyon manatdan artıq tibbi avadanlıqla təchiz olunub. Hospital Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid İsmayılovun həyat yoldaşı İsmayılova Nəzakət Zakir qızının adına rəsmiləşdirilsə də, mülkiyyət SOCAR-ın vitse-prezidenti tərəfindən idarə edilir. Binanın Nəzakət İsmayılovaya məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti tərəfindən 0412992 saylı çıxarışı oxuculara təqdim edirik. Obyekt 12 iyun 2014-cü ildə Dövlət Reystr Xidmətində qeydiyyatdan keçib və Nəzakət İsmayılovanın adına çıxarış verilib.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

FƏRİD




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu