Bakıda 18 yaşlı oğlan dənizdə batıb


Bakıda 18 yaşlı oğlan dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, iyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batan, 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.

F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu