Yeni polis rəisi kollektivə təqdim olunub


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni rəisi, polis polkovniki İslam Hümbətov kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, İ.Hümbətovu kollektivə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev təqdim edib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. Nazirin digər əmri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynov təqaüdə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu