İcra başçılarından Eldar Mahmudovun çıxarılmasına ETİRAZ+FOTOLAR


Azərbaycanda bir çox rayon və şəhər icra başçılarının Prezident tərəfindən qarşılarına qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirmədiyi hər kəsə bəllidir.

Hər gün müxtəlif bölgələrdən aldığımız şikayət məktubları da bunu təsdiq edir. Bir çox icra başçılarının başı öz biznesinə, var-dövlətinin sərhədlərini genişləndirməyə o qədər qarışıb ki, dövlətdə gedən islahatlardan da, Prezidentin sərəncamlarından da vaxtında xəbər tuta bilmirlər, bəlkə də xəbər tuturlar, amma bu islahatlara etiraz edirlər. Hər halda, araşdırmalarımız nəticəsində rtaya çıxafaktın başqa cür uzahını tapa bilmirik.

Hələ ötən il dekabrın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi və Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. Amma üstündən 6 ay keçməsinə baxmayaraq düz 14 rayon və şəhərin icra hakimiyyətinin rəsmi saytında DTX əvəzinə Milli Təhlükəsizlik Nazirliyi və ya MTN yazılıb. Doğrudanmı həmin icra başçıları-Taleh Qaraşov (Lənkəran), Süleyman Mikayılov (Qaradağ), Elxan Usubov (Şəki), Asif Əsgərov (Nəsimi), Eldar Əzizov (Səbail), Səbuhi Abdullayev (Qəbələ), Siraqəddin Cabbarov (Saatlı), Raqub Məmmədov (Ağdam), Məhərrəm Quliyev (Ağstafa), Adil Vəliyev (Sabunçu), Nizaməddin Quliyev (Goranboy), Qoca Səmədov (Yevlax), Yaşar Məmmədov (Quba) o boyda nazirliyin bir gecədə ləğv edilməsindən xəbərsizdirlər, yoxsa xəbərləri var, keçmiş MTN-nin ləğvinə etirazlarını bu cür bildirirlər? Bu sualların cavabı bizə məlum olmasa da fakt göz qabağındadır. (Yenilik.az)




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu