Ağcabədinin yol polisi rəisi işdən çıxarıldı


Ötən gün xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən Ağcabədi Rayon Polis Şöbəsində yoxlama aparılıb.

AzVision.az-ın məlumatına görə, yoxlamalar nəticəsində Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Nəticədə Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib.

Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu