TQDK-da Apellyasiya Komissiyası yaradılıb


2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.

TQDK-dan verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apellyasiya Komissiyasına 1 və 2 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu