Azərbaycanlı oliqarxın erməni ilə sensasion yazışması üzə çıxdı: "Araşdır..."


Moskvanın daşınmaz əmlak kralı, Azərbaycan əsilli milyarder Qod Nisanovla qalmaqallı jurnalist-biznesmen, lifenews.ru saytının redaktoru Aram Qabrielyanov arasında sensasion yazışma açıqlanıb.

Bu yazışma “Anonim beynəlmiləl” adlı haker qrupunun lifenews.ru –nun bəzi əməkdaşlarının, o cümlədən Aram Qabrielyanovun elektron poçtunu “sındırması” nəticəsində üzə çıxıb.

“The Moskow Post” bildirir ki, yazışmada azərbaycanlı milyarder-oliqarx Aram Qabrielyanovdan xahiş edir ki, Ren TV telekanalında onun Moskvadakı nəhəng topdansatış ərzaq bazası “Food City” haqda tənqidi reportajını kimin sifariş etdiyini araşdırsın.

Azərbaycanlı oliqarxın erməni ilə sensasion yazışması üzə çıxdı:

Reportajda “Food City”-də saxta alkaqollu içkilərin topdansatışı barədə bəhs olunurdu. Həmin içkidən ötən il Moskvada bir neçə nəfər zəhərlənərək ölüb. Güc strukturlarının əməkdaşları saxta içkinin mənbəyinin “Food City” olduğunu müəyyənləşdirib. Habelə reportajda deyilirdi ki, “Food City” Moskvanı yeni “Çerkizon”una çevrilib. Bazardan atılan zir-zibil ətrafı bürüyüb, antisanitariya hökm sürür.

Xatırladaq ki, “Food City” Qod Nisanov və Zarah İliyevə, habelə onların ortağı, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimova məxsusdur. “Üçlük” Moskvada digər çoxsaylı kommersiya daşınmaz əmlaka da malikdir. Bura “Sadovod” bazarı, “Ukrayna” oteli, “Lotos” ticarət mərkəzi və digərləri daxildir.



E.mail yazışmalarından məlum olur ki, Qod Nisanov Ren TV-də onun bazarı haqda gedən süjetdən qəzəblənib və sifarişçini tapıb cəzalandırmaq istəyir. “The Moskow Post” yazır ki, yazışma 2015-ci ilin noyabrında və dekabr ayında olub. Qod Nisanov süjetin videolinkini Qabrielyanova göndərir və soruşur: “Maraqlıdır, görəsən bizi kim sifariş edib?”. Qabrielyanov isə cavab verir ki, məsələni araşdıracaq və sifarişçini üzə çıxaracaq. Növbəti məktubda isə Qabrielyanov yazır ki, sifarişçinitapıb və barəsində bütün materialları toplayıb. Nisanov isə bildirir ki, həmin adamın Rossiya 24 telekanalına da onun və“Food City”-nin barəsində geniş material ötürmək istədiyini bilir.



Qeyd edək ki, Aram Qabrielyanov Dərbənddə Zəngəzur ermənilərinin ailəsində anadan olub. Mediamaqnatdır və bir çox qalmaqallarda yer alıb. Ona məxsus KİV-lər vaxtaşırı olaraq Dağlıq Qarabağdan erməniləri təbliğ edən reportajlar yayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu