“Şıxov”da faciə- Qarğıdalı satan oğlan özünü qurban verdi


Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

Çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan, qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub. Nəticədə Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çağırılsa da, onlar hələ də sözügedən əraziyə gəlməyiblər. (AzNews)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu