Şamaxıda yanğın, ölən var


Şamaxı şəhərində yanğın hadisəsi baş verib.

AFN.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltan Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu