Türkiyə Suriyada terrorçuları bombaladı- 25 ölü
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və YPG (kürd xalq özünümüdafiə dəstələri) təşkilatının 25 üzvünü zərərsizləşdirib.
Buna səbəb YPG-nin Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad SuriyaOrdusuna və Türkiyə hərbi qüvvələrinə atəş açılması olub.
Qeyd edək ki, dünən YPG silahlıları qumbaraatanla Cerablus şəhərinin cənubunda Türkiyə Silahlı Qüvvələrinin bir tankını vurub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. (Azvision)