“188" yükdaşıma və evakuasiya xidmətində işçilərin əməkhaqqı verilmir


“188: Evdən-evə yükdaşımavə Evakuasiya” xidməti ilə bağlı AFN.az-ın redaksiyasına şikayət daxil olub.

Xidməti göstərən şirkətin bir qrup işçisi - fəhlə və sürücüləri bildirirlər ki, 3 aydır maaşlarını ala bilmirlər: “Sürücülər isə ümumiyyətlə apreldən bəri maaş ala bilmirlər. 280 manat fəhlələrin əməkhaqqıdı, üstəgəl gündəlik işin 15 faizi, sürücülərdə isə 320+10 faizdir. Amma bunu da ala bilmirik. Şirkətin işi çox yaxşı gedir. Məsələn, bir fəhlənin, bir sürücünün gün ərzində gördüyü iş azı 1000 manat civarındadır. Elə gün olur 2-3 min manat olur. Heç vaxt işsiz qalmırıq. Təxminən 100 nəfər işçisi var şirkətin. Bizə deyirlər ki, müvəqqəti çətinlikdi, düzələcək”.

Şikayətçilər bildirirlər ki, əslində əməkhaqqı ayda bir dəfə, faizlər gündəlik verilməlidir. Lakin əməkhaqqı aylardır ki, ümumiyyətlə verilmir, faizlər isə az-az verilir: “Həftədə 10-20, uzağı 50 manat verirlər. Həftənin 1-2-ci günləri fəhlələrə, 2-3-cü günləri sürücülərə, 5-6-cı günləri evakuatorlara, bazar günləri də tırlara qəpik-quruş verirlər. Nəticədə isə bu aylar ərzində ən azı hər işçiyə bir neçə min manat borc yığılıb. Alacağımızın 10-da birini alammırıq. Elə adam var 3 minə qədər alacağı var onlarda”.

Məktub müəllifləri sonra qeyd edirlər ki, şirkət qeyri-rəsmi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova məxsusdur: “Bu səbəbdən də həm işi bol olur, həm də arxalıdırlar deyə pullarımızı vermirlər. Bilirlər ki, hara şikayət etsək də xeyri olmayacaq”.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu