Ərəblərin öldüyü qəzanın görüntüləri yayıldı- VİDEO


2 nəfər öldü, 16 nəfər yaralandı.

Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.

AFN.az "Region TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu