Müxalifət fəalı vaxtından əvvəl azadlığa buraxıldı


AXCP fəalı , 2-ci qrup Qarabağ əlili İsmayıl Rəsulov bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Onun azadlığa buraxılması barədə qərarı Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

İ.Rəsulovun vəkili Əsabəli Mustafayev bildirib ki, şikayətə belə tələsik baxılacağını gözləmirlərmiş: “Biz apellyasiya şikayətini məhkəməyə avqustun 29-da təqdim etmişdik. Bu gün qəfildən zəng elədilər ki, gəlin, şikayətə baxılır””.

Xatırladaq ki, 59 yaşlı İ.Rəsulov avqust ayının 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilmişdi.

Müxalifətçi polisə müqavimət göstərərək inzibati xəta törətməkdə təqsirləndirilirdi. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu