Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü-FOTO


Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

“Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı LADA 110 markalı avtomobil ilə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerinə üç təcili tibbi yardım briqadası gəlib.

Qəzaya “Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən “LADA110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu