"Sədərək"dəki yanğında 5 nəfər yaralanıb- yenilənib


“Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla əalqədar 5 nəfər təcili yardıma müraciət edib.

Bunu Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının müdiri Rauf Nağıyev deyib.

O qeyd edib ki, xəstələrdən 3-ə hadisə yerində yardım göstərilib. 2 xəstə isə ətrafların kəsilməsi dianqozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

***

““Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədər bizə müraciətlər daxil olub. Briqadalarımız orada işləyir. Yanğından nə qədər insanın zərər çəkdiyi haqda bizdə dəqiq məlumat yoxdur”.

Bunu AzVision.az-a Bakı şəhər Təcili və Tibbi Yardım stansiyasının müdiri Rauf Nağıyev deyib. O qeyd edib ki, ilk müraciət bir nəfərin əlin kəsilməsi ilə bağlı olub.

“Briqadalarımız hadisə yerində işləyir və müraciətlər davam edir. Hələ dəqiq məlumat yoxdur. İş yekunlaşdıqdan sonra yararlıların sayı barədə məlumat veriləcək”.

Qeyd edək ki, səhər saatlarında “Sədərək" ticarət mərkəzində güclü yanğın olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu