Polat" şirkətinin qanunsuz və "faydasız" qazıntıları-FOTOFAKT


Lisenziya əvəzinə "centlemen sövdələşmələri"

Azərbaycan Respublikası ərazisində yerin təkindəki ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsinə “Yerin təki haqqında” Qanuna müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi xüsusi razılığa (lisenziyaya) “Dağ-mədən ayırması” statusuna əsasən icazə verilir.

Yer təkinin istifadəyə verilən sahələrində ümumi yayılmış faydalı qazıntıları (qum, çaqıl, çınqıl, gil, gillicə, qumdaşı, qırmadaş, təbaşir, əhəngdaşı, balıqqulağı, şist və s.) çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq “Dağ-mədən ayırması” almaq üçün Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin adına ərizə ilə müraciət edilir. Ərizəyə bir sıra sənədlər, ilk növbədə isə yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti (hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) orqanının razılığı əlavə olunmalıdır. Ancaq redaksiyamıza daxil olan səhih məlumata görə, "Polat" şirkəti Beyləqan rayonunun Binnətli kəndi ərazisində dövlət fond torpaqlarına soxularaq, kəndlilərin əkin yerlərini alaraq qeyri-qanuni istismarla məşğuldur.
Sonolay.org-un bu xüsusda apardığı araşdırmaları zamanı məlum olub ki, 7 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin ekspert rəyi olmadan hərəkətə keçən "Polat" şirkəti faydalı qazıntıları emal etmədən (əslində şirkətin profili də bunu həyata keçirməyə imkan vermir), yəni sözün həqiqi mənasında faydalı hala gətirmədən birbaşa “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşası həyata keçirilən Beyləqan-Gəncə yolunun yatağına daşıyır. Bu isə o deməkdir ki, keyfiyyətsiz yaqtaq üzərində salınan asfalt yol çox keçmədən dağıla, inşaat üçün ayrılan dövlət vəsaiti hədər gedə bilər. Heç şübhəsiz ki, burada söhbət çox ciddi korrupsiyadan, mənimsəmələrdən gedir. Deyilənə görə, "Polat" şirkətinin "Azəravtoyol"a bu cür etibarsız tərəf müqabilliyini davam etdirməsi, icazəsiz qazıntı ilə məşğul olması yuxarıdakı havadarlarının tapşırıqları, "centlemen sövdələşmələri" əsasında həyata keçirilir.

Xatırladaq ki, hələ bir müddət əvvəl "Polat" şirkətinin Qazanbulaq yolunun təmirinə ayrılan vəsaiti mənimsəməsi məsələsi gündəmə gəlmişdi.

Ekologiya va Təbii Sərvətlər Nazirliyindən "Polat" şirəkətinin lisenziyası ilə bağlı rəsmi açıqlama gözlənilir.

Mövzuya qayıdacağıq.

Polat" şirkətinin qanunsuz və "faydasız" qazıntıları-FOTOFAKT




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu