Toy günü başqasıyla qaçan 19 yaşlı gəlinin aqibətindən YENİ XƏBƏR


Toy günü 19 yaşlı gəlini qaçıran şəxsin ailəsi polisə çağırılıb.

Bu barədə qaçan gəlinin əmisi Gülağa Məmmədov (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 20-dən sonra qardaşı qızından xəbər yoxdur:

"Neçə gündür nə qızdan, nə oğlandan xəbər yoxdur. Hazırda oğlanın ailəsi də polisə çağırılıb. Onlar da deyirlər ki, bizimlə əlaqə saxlamayıblar. Biz də gözləyirik, görək nə olur".

Xatırladaq ki, Ağsunun Göydəlləkli kəndindən olan 19 yaşlı qız toyu günü həmkəndlisinə qoşulub qaçıb. O, İsmayıllının Topçu kəndindən olan qohumuna nişanlı olub.(ölkə.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu