Müxalifətçinin həbs olunması xəbəri yalan çıxdı


Bu gün bəzi KİV-lərdə Sabirabadda AXCP fəalı Rail Rüstəmovun yaşadığı evdən polisə aparılaraq həbs olunması barədə xəbər yayılmışdı.

Xəbəri Rail Rüstəmovun özü ilə dəqiqləşdirib.

O bildirib ki, polis şöbəsində 4 saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, baş verənlərlə bağlı Sabirabad Rayon Polis Şöbəsinin münasibətini öyrənmək mükün olmayıb. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu