Quba İH-dən prezidentə hörmətsizlik-FOTOFAKT


Yaşar Məmmədov prezident İlham Əliyevin Qubada yenidənqurma işləri üçün ayırdığı maddi vəsaiti alır, amma prezidentin özünü və dövlətin qurucusunu saymır, desək yanılmarıq. Adama deyərlər, böhran dövründə dövlət başçısı hümanistlik göstərir və dəfələrlə milyonlarla vəsaiti ayırır ki, sən başçı, Qubanı sözün əsl mənasında abıra salasan. Daha o maddi vəsait başçının qara qaşına ala gözünə sədəqə edilib villa tikintisi üçün verilmir...

AFN.az xəbər verir ki, belə bir yazı ilə voicepress.az saytı çıxış edib. Sayt daha sonra yazır:

Yaşar Məmmədov isə Qubada “yenidənqurma işləri” adı altında sözün əsl mənasında Qubanı, daha doğrusu, Prezidentin Qubadakı igamətgahına gedən yolu “qrimləmək”lə məşquldur. Söz sözə çatanda da, deyirlər bu kişinin oğlu Qubanı abıra salır. Çünki bu günə qədər Qubanın abadlığı üçün ayrılan vəsaitlərin ümumi hesabına yeni Quba şəhəri salmaq olardı. Yaşar Məmmədov isə var olan Qubanın yerlə yeksan olunmasına seyrçi qala bilirsə, deməli, elə sadəcə Qubanın əsas gözə dəyən magistral yolunu qrimləyir. Sizcə, bu, dövlət vəsaitini mənimsəmək və üstəlik, prezidentimizi aldatmaq deyilmi?

Avqust ayında prezident Qubanın abadlığı üçün 2 milyon yarıma qədər vəsait ayırdı. Amma Yaşar Məmmədov deyilənə görə, bu pulu o qədər mənimsəyib ki, Qubanın mərkəzi yerlərinin birində “yetim” qalmış gerbimizi bayraqsız qoymağa sanki and içib. Adam lap yanıb tökülür. O bayrağı məgər öz əmək haqqına alırsan? Dövlətin malını dövlətə ver də. Bax, bunu deyən yoxdur deyə, bu məmurlar da, necə deyərlər harınlayır.

Əslində Yaşar Məmmədov o bayrağın dirəyini bayraqsız, lüt qoymaqla bayrağa hörmətsizliyini göstərmiş olur. Atalar üçdən deyib. Üç nöqsana dalbadal yol verən icra icralığa layiq olmasın gərək... Yaşar Məmmədovda isə bu nöqsanların sayı 5-i ötüb keçir. Yəni bu icramızın fəaliyyəti xalis nöqsandan ibarətdir...

Belə ki, Qubanın Püstəqasım kəndində yerləşən, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin şöbəsi hesab edilən 21 saylı kitabxananın vəziyyəti sözün əsl mənasında Suriyadakı xarabalıqları xatırladır... Bu da onu sübut edir ki, icra başçısı kitab oxumaq və mütaliəyə də, qiymət vermir... İndi belə bir icradan bizim mədəniyyətimizə və bayrağımıza hörmət ummağımızın özü qəbahət deyilmi?

Gedib deyəcəksən, deyəcək ki, “maddi vəsait çatmır”... Əgər çatmırsa, adama deyən gərək, qoşa-qoşa villaları dövlətdən aldığın əməkhaqqı iləmi tikdirirsən? Türk demişkən, məcburən bizim bayramlıq ağzımızı açdırmasalar, bu insanların gözü doymur ki, doymur... Hələ də məlum deyil ki, kürsü vəzifə başındakılara necə təsir göstərir ki, onlar əndazədən heç fərqinə varmadan bu qədər gen gəzirlər.

Avqustun sonu 2 milyondan artıq ayrılan vəsaitin məbləği qədər Qubada görün hansı abadlıq işləri aparılacaq? Sonrada gedin başçının maşınının yenilənən modelinə və ya villasındakı yenidənqurma işlərinə baxın. Hansında bir dəyişiklik görsəniz, iki milyonun izinə düşmüsüz demək...
Qubanın Püstəqasım kənd kitabaxanasında qalaq-qalaq zir-zibilin təmizlənərək, atılacağı bildirildi. Daxil olub dedikləri zibilə baxdıq və Yaşar Məmmədovun şəxsən Prezidentimizə, eyni zamanda Ulu Öndərimizin ruhuna olan sayqısızlığının şahidi olduq. Deməli, həmən dedikləri zir-zibilin üstündə bizim prezidentimizin və liderimizin tullanmış rəsmləri də var... Bunadamı maddi vəsait tələb olunur? Artıq anladıq ki, bu dövlətin qanını içirsiz, bəs o “kürsüdə” otura-otura dövlətin rəhbərinə qarşı bu qədər etinasızlıq və hörmətsizlik sizcə hansı insanlığa sığar?
İndidə gəldik beşinci qəbahətə... Bir icra ki, bu dövlətin bayrağına, mədəniyyətinə, prezidentinə, dövlətin qurucusuna və nəhayət bütün bu qəbahətlərə yol verməklə xalqımıza olan hörmətsizliyinə... Bəyəm tək Püstəqasım kəndidir? Bəs Suxtakələ kəndi?

Bir sözlə, Yaşar Məmmədov Qubaya abadlıq üçün yatırılan vəsaitlə ancaq üstünü bəzək, arxa tərəflərini isə maldarlara yaxşı tanış olan o üzdən iraq nədirsə, ondan edir...

Amma nə edirsə, həm özü batır, həm də Quba əhlini batırır. Görünən odur ki, Yaşar Məmmədov icralıqdan bezib. Əks halda, bu rayonun icralığından o rayonun icralığına tullanan icra başçısı qarşısındakı “vəzifə maneələrinin” olmamasına naşükürlük etməzdi... Yox, əgər bu nöqsanları edirsə, deməli, rus demişkən, daha artıq “kaçevoy” həyat tərzini yaşamaq istəmir. Yəni el dili ilə desək, “köçəri icralardan” olmaq istəmir. Bu da düzdür. Bu qədər yeyəndən sonra gərək ki, təqaüdə gedib dövlət və xalqın hesabına sahibləndiyin obyektləri idarə edəsən.

Quba Şəhər İcra Hakimiyyətinə müraciət edərək, prezidentimizin “məmurların jurnalistlərin sorğu və suallarını cavablandırmamaqdan boyun qaçırmalarının qarşılığında cərimələnəcəkləri” ilə bağlı sərəncamını rəhbər tutaraq, voicepress.az məsələyə ilk olaraq, Yaşar Məmmədovun münasibət bildirməsini istəyib və şəhər icrasına dəfələrlə müraciət edib. Lakin İcra Hakimiyyəti jurnalistimizin bu niyyətini türk demişkən “qursağında” buraxıb. Jurnalistin sorğusuna cavab olaraq isə “Prezident Adminstrasiyasından izn alın və ya onlarla Yaşar Məmmədovla müsahibəni əvvəlcədən razılaşdırın sonra...” deyə, cavab verməkdən də çəkinmədilər.

Maraqlı məsələdir... Hər işini Prezident Adminstrasiyası ilə razılaşdıran Yaşar Məmmədov, görəsən, villa tikdirəndədəmi kimdənsə razılıq alır?

Nə isə, görünən odur ki, Yaşar Məmmədov etdiyi bu kimi əməllərinin fərqindədir ki, jurnalistin sorğusundan da boyun qaçırır. Bir sözlə, Quba rayon İcra Hakimiyyətindəki bu qaranlığın çox sual işarələri buraxdığının fərqindəyik. Elə buna görə də, araşdırmalarımız davam edir.

Diqqətiniz bizdə olsun.



Quba İH-dən prezidentə hörmətsizlik-FOTOFAKT










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu