Deputat kəndlilərin istifadə etdiyi suya qan axıdır- ŞOK GÖRÜNTÜLƏR


Redaksiyamıza Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı şikayət daxil olub.

AFN.az-a müraciət edən deputatın dairəsinə daxil olan Lerik rayonu Piran kəndinin sakinləri bildirirlər ki, İ.Məmmədova məxsus olan broylerdə kəsilən toyuqların qanı, zibili kəndin istifadə etdiyi çaya axıdılır. Şikayətçilərin göndərdiyi videoda da "Lebro” Broyler tərəfindən Piran kəndi sakinlərinin suyundan gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanının axıdıldığı əksini tapıb.

Şikayətdə o da bildirilir ki, broylerdə müxtəlif səbəblərdən tələf olmuş toyuqlar kənd ərazisində heç bir təhlükəsizlik tədbirinə əməl edilmədən basdırılır: "Deputatın özünə bu barədə dəfələrlə deyilib, amma heç bir nəticə görməyib. Başqa media orqanlarına da şikayət etmişik, yazıblar, amma İqbal Məmmədovun heç kimdən qorxusu yoxdur".
Qeyd edək ki, bu göründülər videoda da əksini tapıb.

[media=https://www.youtube.com/watch?v=VUrDhcu6ch0]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu