MTRŞ Allahşükür Paşazadəyə "yox" dedi
Qurumun Aparat rəhbəri Toğrul Məmmədov "Report"a açıqlamasında bildirib ki, bu məsələ "Televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir.
O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: "Qanunvercilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir".