Salyan sakini toyda oynayarkən dünyasını dəyişdi


Bu gün axşam saatlarında Salyan şəhərindəki "Vağzal" şadlıq evində keçirilən toyda oynamaq istəyən 52-yaşlı rayon sakini Vəliyev Bəhlul Sahib oğlunun halı pisləşib və o, xəstəxanaya aparılarkən yolda ürəktutmasından dünyasını dəyişib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Babazanlı yaşayış massivində yaşayan Bəhlul Vəliyev ağır ürək xəstəsi imiş və əvvəllər 4-dəfə infakt keçiribmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu