Yağış suyunda batmış avtobusdakı sərnişinlərin köməyinə xilasedicilər gəlib Bakıda


Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları “İSUZU” markalı avtobusun hərəkətini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda olan 2 nəfərə müvafiq köməklik göstəriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu