Türkiyənin termal mənbələrinə infotur təşkil ediləcək


Oktyabrın 2-dən 7-dək Türk Hava Yolları, “NG hotel qrup”, “Nobel” Tibb Mərkəzi və “Kaya Termal”ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm mənbələrinə infotur təşkil olunacaq.

İnfoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, sağlamlıq turizmi obyektlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət bir qrup heyət iştirak edəcək. İştirakçılar Türkiyənin ən böyük termal mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmirə səfər edəcək, bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat alacaqlar. Səfər zamanı iki ölkənin turizm təmsilçiləri təcrübələrini bölüşəcək, nümunəvi sağlamlıq turizmi klasterlərinin yaranması imkanlarını dəyərləndirəcəklər.

Bundan əlavə, səfər müddətində müxtəlif dövlət məmurları ilə görüşlər və kiçik seminarların təşkili də nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu