"Azərişıq" ASC Gədəbəyin sərhədyanı kəndlərindəki vəziyyət haqda


Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin Mutudərə, Qasımağalılar, Zamanlı və digər kəndlərində işıq problemi ilə bağlı sakinlərin redaksiyamıza göndərdikləri şikayətlərə "Azərişıq" ASC reaksiya verib.

Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a bildirib ki, son günlər havaların kəskin soyuması və Gədəbəyə qarın yağması nəticəsində bəzi köhnə xətlərdə qırılmalar qeydə alınıb. Lakin bu qəzalar aradan qaldırılıb və hazırda Mutudərə kəndi də daxil olmaqla rayonun bütün kəndlərində elektrik enerjisi ilə təchizat qaydasına düşüb.

"Mutudərə kəndində 3 il əvvəl transformatorun dəyişdirilməsi, yenisinin köhnə ilə əvəzlənməsi barədə sakinlərin dediklərinə gəldikdə isə əgər belə hal olubsa bu, rayonların paylama şəbəkələrinin "Azərişıq" ASC-nin balansına verilməsindən əvvəl baş verib. "Azərişıq" ASC Mutudərə kəndində və bölgənin bəzi digər kəndlərində köhnə transformatorların dəyişdirilməsini, yeni transformator komplekslərinin quraşdırılmasını planlaşdırır. Bu, ASC-nin bölgələrlə bağlı hazırladığı master-plana daxildir"-ASC rəmisi deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu