Tanınmış azərbaycanlı yazarın həyat yoldaşı vəfat etdi


Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı, kulturoloq Aydın Xan Əbilovun həyat yoldaşı vəfat edib.

Bu barədə yazıçı Aydın Xan Əbilov sosial şəbəkədə özü məlumat verib: "Həyat yoldaşım, iki oğlumun anası bu gecə böyrək çatışmazlığından dünyasını dəyişdi. O mənim əziyyətimi çox çəkmişdi, yazıçı arvadı olmaq, cəhənnəm qapıçısı işləməkdən çətindir, söz yox, amma Xan xanımı da olmaq şərəfdir".

Yazıçı bildirib ki, yoldaşının vəsiyyətinə uyğun olaraq Lənkəranda torpağa tapşırılacaq.

Qeyd edək ki, Aydın Xan Əbilov iki oğul atasıdır. (qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu