ALBUKART indi cəmi 3 AZN-ə!


"Bakcell" şirkəti və "Unibank"ın birgə təqdim etdiyi ALBUKART adsız debet kartını indi cəmi 3 AZN ödəməklə əldə etmək olar.

"Bakcell"dən verilən məlumata görə, 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində ALBUKART əldə edərək aşağıdakı üstünlükləri qazanacaq:

* SMS bankinq xidmətinə pulsuz qoşulma

* Nağdlaşdırma komissiyası cəmi 1%

* Kart əldə edərkən ona bağlı nömrəyə “Bakcell”dən 50 dəq. şəbəkədaxili danışıq hədiyyə

* “ALBUKART”la Bakcell nömrəsinin balansına yüklənən hər 5 AZN üçün karta bağlı nömrəyə Bakcell tərəfindən 30 dəq. şəbəkədaxili danışıq hədiyyə

* Kartı Unibank-da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6%-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti

* Alış-veriş zamanı 20%-dək cashback (ödənişin müəyyən məbləğinin geri qaytarılması)

ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt Unibank-ın cash-in ATM-ləri və eManat ödəmə terminalları vasitəsilə yükləmək olar.

“ALBUKART”ı Unibankın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək cəmi 3 AZN-ə əldə etmək olar. Bakcell şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə qoşulmalıdır. ALBUKART barədə daha ətraflı məlumat üçün keçid:

www.bakcell.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu