"Şagird sıxlığı daha çox Bakıdadır"- nazir müavini


“Hər il I sinfə gələn şagirdlərlə məktəbi bitirən XI sinif şagirdləri arasında təxminən 50 minə yaxın fərq müşahidə edilir”.

Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. O qeyd edib ki, mövcud reallıq bir sıra aktual məsələləri gündəmə gətirir

“Brinci sinfə başlayan şagirdlərin sayı daha çox olur. Son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib. 90-cı illərin sonlarında bu göstəricilər mənfi idi, müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə tam əksini yaşayırıq. Təbii ki, şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hökumətə, müvafiq qurumlar təqdim olunur”.

C. Bayramov vurğulayıb ki, şagird sıxlığı problemi əsasən, Bakıda yaşanır. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında və digər sənədlərdə maksimal dərəcədə məktəbləri bir növbədə təşkil etmək qarşıya məqsəd olaraq qarşıya hədəf olaraq qoyulsa da, bu günə kimi Bakı şəhərində buna nail olunmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu