Gəncədə yaşayış evində partlayış: xəsarət alan var


Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

APA-nın verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb.

E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu