Neft emalı zavodunda güclü partlayış baş verib


İtaliyanın Sannadzaro-de-Burqondi “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda güclü partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra zavodun ərazisində bir neçə kilometr aralıdan müşahidə olunan güclü yanğın baş verib.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

Partlayışın səbəbləri hələlik elan olunmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu