“Aztelekom”a yeni rəhbər təyin edildi


"Aztelekom" MMC-yə baş direktor təyin olunub.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Suat Paşayev “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu