Gökhan Bolat: “Beyin mərkəzi olaraq Qarabağ məsələsinə xüsusi önəm verəcəyik”


Bu günlərdə əsası Türkiyənin Kayseri şəhərində əsası qoyulan Türk-İslam dünyası ilə bağlı elmi araşdırmalar aparmağı məqsəd qoyan Strateji Düşüncə Quruluşunun sədr müavini, Türkiyənin Erciyes Üniversitetinin tarix fakültəsinin elmi işçisi, yaxın şərq ölkələri üzrə ekspert Gökhan Bolatla təşkilatın məqsədi və hədəfləri haqqında söhbət etmişik.

-Gökhan bəy, Strateji Düşüncə Quruluşu haqqında məlumat verəsiniz.
-Türkiyə Strateji Düşüncə Quruluşu sentyabr ayında Türkiyənin Kayseri şəhərində yaranıb. Mərkəzi Kayseri şəhərindədir. Quruluşun təməl məqsədi Türkiyə başda olmaqla, Türk-İslam dövlətlərinin tarixi və aktual problemlərini diqqətə çəkib beynəlxalq səviyyədə fəaliyyət göstərməkdir. Ayrıca olaraq dövlətlər arasında elmi və texnoloji əməkdaşlığın artırılması, inkişaf istiqamətində olan layihələrin həyata keçirilməsi quruluşun təməllərindən biridir.
-Hansı tarixi və aktual problemlər nəzərdə tutursunuz?
-Günümüzdə Yaxın şərqdə yaşanan hadisələr, Qarabağ problemi, qərb ölkələrinin Türk-İslam dövlətlərinə yönəlik imperialist siyasəti və.s bütün problemlərə qarşı elmi yanaşma ortaya qoymaq istəyirik. Bu sahədə fərqli perspektivləri müzakirə etmək və bu mövzularda beynəlxalq sahədə çeviklik yaratmaq təşkilatımızın əsas fəaliyyət sahələri olacaq. Buna görə yalnız Türkiyədə deyil, zamanla başqa ölkələrdə də təşkilatımızın şöbələrini açmağı planlaşdırırıq.
-Qarabağ problemi dediniz, bunu bir az daha aça bilərsinizmi?
-Təşkilat olaraq, Qarabağ problemini və ya Xocalı soyqırımını yalnız Azərbaycana aid mövzular olaraq görmürük. Nəticədə Türkiyə və Azərbaycan rəhmətlik Heydər Əliyevin mükəmməl təsbitiylə "Bir millət, iki dövlət" duyğusuyla hərəkət etməkdədir. Bu baxımdan azərbaycanlı qardaşlarımızla birlikdə bu mövzularda ortaq işlər ortaya qoymaq və uyğun şərtlər meydana gələrsə, ilk xarici şöbəmizi də Azərbaycanda açmaq istəyirik.
-Yaxşı bu təşkilat kimlərdən ibarətdir?
-Bizlər hər cür siyasi düşüncə və ixtisaslardan bir araya gəlmiş, Türkiyə və digər Türk-İslam dövlətlərinin güclənməsi və gələcəkdə dünya siyasətində daha çox söz sahibi olmasını istəyən və bu mövzuda keçici deyil, qalıcı işlər görmək istəyən insanlarıq.
-Müsahibə üçün çox təşəkkür edir, işlərinizdə uğurlar diləyirəm.
Mən də Sizə çox təşəkkür edir, qardaş Azərbaycan xalqına salam və sayğılarımı bildirirəm.

Elnur Eltürk












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu