Azərbaycan məmurlarının kral kimi həyatı haqda ŞOK FAKTLAR


Yüksək və orta məmur təbəqəsi, habelə iri və orta sahibkarlar artıq xeyli müddətdir ki, istifadə etdikləri ərzaqları ya xaricdən alır, ya da xüsusi qaydada ölkədə istehsal etdirirlər.

Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, müxtəlif rayonlarda bu məqsədlə ayrıca fermalar (mal-qara, quşçuluq, arıçılıq və s.), tarlalar, sexlər fəaliyyət göstərir: “Həmçinin zəruri dərman vasitələrinin də hamısı yalnız inkişaf etmiş xarici ölkələrdən alınır. Demək olar ki, ölkə daxilində satışda olan heç bir məhsuldan istifadə etmirlər. Bu ölkələr Gürcüstandan başlamış Avropaya, ABŞ-a qədər uzanır. Hətta, ərzaq monopoliyasına tam nəzarət edən qurumların rəhbərliyi də öz istehsalı olan çay, qənd, şəkər, yağ, un və s. məhsullardan istifadə etmirlər. Bütün bunların səbəbi isə qeyd edilən məhsulların tərkibi ilə bağlıdır. Bir balaca araşdırma aparılsa gerçəkdən şokedici faktlar çıxar meydana”.

Mənbəmiz bildirir ki, nazir, nazir müavini, icra başçısı statusunda olanlar, hətta generallar, deputatlar həftəlik, aylıq bazarlıqlarını xaricdən etdirirlər: “Burada mümkün olan qədər şəxsi təsərrüfatda təmiz məhsullar istehsal etdirirlər, amma bir çoxunu xarici dövlətlərdən, xüsusilə Avropadan gətirdirlər.

Eləsi var Bakıda xüsusi parnikləri var. Badamdarda, Zirədə, Novxanıda, Sarayda belə parniklərin sayı çoxdur. Hər birində onlarl işçi saxlanır. Bir neçəsinin videogörüntüsünü izləmişəm, şoka düşmüşəm. Təsəvvür edin, yazda, yayda bar verməli olan ağacların başında hazırda bar var və onlar belə nübar meyvələrlə qidalanırlar. Bir nazir müavininin həyətindən çəkilmiş videonu izlədim, qarajında 28 yeni model bahalı maşını var. Həyətdə 50-60 qırqovul var, onları kəsib yeyirlər. Krallar kimi yaşayırlar”.

Qeyd edək ki, mənbə AFN-ə kral həyatı yaşayan bəzi məmurların adlarını da deyib, bəzi dəqiqləşdirmələrdən sonra daha detallı yazıları diqqətinizə təqdim edəcəyik.

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu