Binəqədidə Müasir İqtisad Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib


Binəqədi rayon İcrahakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan Müasir İqtisad Məktəbi layihəsinin yekun bağlanış mərasimi keçirilib.

AFN.az xəbər verir ki, YAP Binəqədi rayon Təşkilatının inzibati binasında baş tutmuş tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov,Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, Akademiyada Həmkarlar Təşkilatının sədri Yusif Ağayev, Modern Marketing Group şirkətinin təsisçisi Yusif Vəliyev, Vision TV-nin baş direktoru Elvin Abbasov, AN Project şirkətinin təsisçisi Nihad Allahyarlı, CİBS şirkətinin təsisçisi Təbriz Hacıyev və digər qonaqlar, Binəqədi rayon gəncləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş video çarx izləyiblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri, Müasir İqtisad Məktəbi layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihə haqqında məlumat verib. O layihənin 4 aydır ki davam etdiyini, layihə çərçivəsində “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara Manat” və “Gənc Analitiklər” komandalarının müxtəlif təlimlər keçirdiyini qeyd edib. Natiq layihənin bağlanış mərasimində “Neoklassiklər” və “Smitin varisləri” komandaları arasında final təqdimatın baş tutacağını və sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini bildirib.
YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşovçıxış edərək tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən danışıb. Natiq ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsini, bu siyasətin Binəqədi rayonunda müvəffəqiyyətlə reallaşdırılmasını qeyd edib, layihəyənin icra edilməsində göstərdiyi dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə edib. Rayon partiya təşkilatının sədri Prezident İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsini, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif Dövlət Proqramlarının qəbulunu vurğulayıb, gənclər sahəsinin ökəmizdə prioritet sahələrdən biri olduğunu bildirib.
Çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülmüş işlərdən danışıb, Müasir İqtisad Məktəbi layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. O gəncləri fəal olmağa müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırıb.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov,Modern Marketing Group Şirkətinin təsisçisi Yusif Vəliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Yusif Ağayev Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıblar.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistrantı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqli şəkildə təmsil etdiyini bildirib.
Sonra “Müasir İqtisad Məktəbi” layihəsində finala vəsiqə qazanmış “Neoklassiklər” komandası tərəfindən“Azərbaycanda Kənd Təssərüfatında mövcud vəziyyət və gələcək perspektivlər,“Smitin varisləri” komandası tərəfindən isə “Fond Birjaları Bazarı” mövzularında təqdimat baş tutub, münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparılıb. Təqdimatların nəticələrinə əsasən “Neokalssiklər” komandası qalib elan edilib,qalib komandanın üzvlərinə və layihə iştirakçıları olangənclərə Sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçılarının ekspertlər və qonaqlarla xatirə şəkili çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu