Bakı trasında yenidən qəza oldu- FOTOLAR




Bakıda "Formula-1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 avtomobil yarışlarının ikinci sərbəst yürüşündə qəza baş verib.

AzVision.az xəbər verir ki, “Russian Time” komandasının pilotu Luca Ghiottonun bolidi idarə etməni itirərək trasın kənarına çırpılıb.

Qəza nəticəsində bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar.

Bolidin ərazidən götürülməsi üçün kran gətirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu